Böyük Britaniyanın Baş naziri Endi Börnemin fikrincə, ötən əsrin 80-ci illərində tətbiq edilmiş futbol matçlarında spirtli içki qəbuluna qoyulan qadağa ləğv edilməlidir. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb:
"Futbol azarkeşlərinin bu şəkildə xüsusi olaraq fərqləndirilməsini ədalətli hesab etmirəm və bu fikrimi artıq bildirmişəm. Fikrimcə, bu qanunvericilik futbolun tamamilə fərqli olduğu bir dövrə aiddir. Və əminəm ki, bu ayrı-seçkiliyi aradan qaldırmaq üçün əsaslar mövcuddur.
Bunu həyata keçirməyin müxtəlif yolları var – bəlkə də sınaq məqsədilə. Lakin mən uzun müddətdir tutduğum mövqedən geri çəkilməyəcəyəm. Bir idman növünün azarkeşlərinə digərinin azarkeşlərindən fərqli yanaşılmasının necə ədalətli ola biləcəyini anlamıram".
Qeyd edək ki, Futbol Azarkeşləri Assosiasiyası (FSA) Baş nazirin bəyanatını dəstəkləyib.
"FSA həmişə o fikri müdafiə edib ki, futbol azarkeşlərini matç izləyərkən bir bokal pivə içdiklərinə görə cinayətkar kimi qələmə vermək ədalətsizlikdir – xüsusilə də nəzərə alsaq ki, eyni oturacaqda əyləşib "Oasis" konsertinə və ya reqbi liqası matçına baxarkən spirtli içki içmək mümkündür", – deyə təşkilatın rəhbəri Tom Qretreks bildirib.