Misli Premyer Liqasının 8-ci turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Araz-Naxçıvan"ı qəbul edir.

 

Mövsümdə ilk qələbəsini ötən tur "Qəbələ" üzərində qazanan "kimyaçılar" ardıcıl ikinci ev oyununda da eyni uğura imza atmaq niyyətindədir. Meydan sahibləri bunu bacaracağı təqdirdə tunir cədvəlində mövqeyini bir ədər də yaxşılaşdıra, təhlükəli zonadan uzaqlaşa bilər. 

 

Naxçıvan təmsilçisi isə 2026/27 "futbol ili"ndə 3 xala həsrət qalan yeganə kollektivdir. Mövsümə Cavid Hüseynovun rəhbərliyi altında başlayan "qırmızı-ağlar" onunla vidalaşıb Ukraynalı Yuri Maksimovu "sükan arxasına" dəvət etsə də, ötən həftə "Kəpəz"ə məğlub oldu. Hazırda hesabında 2 xal olan naxçıvanlılar turnir cədvəlinin zirzəmisində qərarlaşıb.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

 

19:00. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov 
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sumqayıt. SOCAR Polymer Arena.