"Mançester Yunayted" və "Arsenal" "Nyukasl"ın cinah oyunçusu Bazumana Ture ilə ciddi maraqlanır. Sport24.az  "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, hər iki klub 20 yaşlı futbolçunu hələ o, ötən yay "sağsağanlar"a qoşulmazdan əvvəl izləyirmiş.

 

"Nyukasl" isə 2031-ci ilin yayına qədər müqaviləsi olan Turenin gələcəyi ilə bağlı narahat deyil. Klub rəhbərliyi Fil dişi Sahilindən olan vingeri satmağı planlaşdırmır.

 

Qeyd edək ki, Ture İngiltərə klubuna "Hoffenhaym"dan keçib. O, bu mövsüm bütün turnirlərdə 5 oyuna çıxıb və 2 qol vurub. "Transfermarkt" portalı, futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.