Apellyasiyadan sonra da "Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinərsə, UEFA klubu 7-10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Sezar Auqusto Londonyo "X" media hesabında paylaşım edib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti"ni 2009–2018-ci illər ərzində yol verilmiş maliyyə pozuntuları ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.
Komissiyanın qənaətinə görə, klub öz gəlirlərini təxminən 830 milyon funt-sterlinq məbləğində şişirdib, yanlış göstərilən rəqəmlərin ümumi dəyəri isə 900 milyon funt-sterlinqi ötüb.