Minifutbol üzrə U-23 millimiz bu gün Xorvatiyada keçirilən dünya çempionatında yarımfinal matçına çıxır.. Sport24.az xəbər verir ki, komandamız Rumıniya ilə üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 14:15-də start götürəcək.
Qeyd edək ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Yığmamız qrup mərhələsində Rumıniya ilə heç-heçə (3:3) edib.