Bu gün I Liqada 5-ci tura yekun vurulur. sport24.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

"Baku Sportinq" MOİK-i qona edir, "Gəncəbasar" Yevlaxda isə "Karvan-Yevlax"la qarşıaşır.

 

Qeyd edək ki, turun dünən baş tutan oyunlarında "Səbail" "Zaqatala"nı (3:1), "Şimal" "Mingəçevir"i (4:1), "Xankəndi" isə "Şahdağ Qusar"ı (1:0) məğlub edib. 

 

I Liq

V tur

15.00. "Baku Sportinq" - MOİK

Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Baku Sportinq Arena".

 

15.00. "Karvan-Yevlax" - "Gəncəbasar"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu.