"Barselona"nın sol cinah müdafiəçisi Aleks Balde bu qış klubdan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ispaniyalı futbolçu "Barselona"dan ayrılmaq barədə ciddi düşünür və artıq agenti Xorxe Mendeşə bu niyyəti barədə məlumat verib.

 

Yayda Kataloniya klubunda qalmağa qərar verən Balde, sonradan fikrini dəyişib. Buna səbəb oyun praktikasının azlığıdır. O, cari mövsümdə meydanda cəmi 12 dəqiqə keçirib. Bundan əlavə, Joau Kanselunun komandaya gəlişi ilə onun mövqeyi uğrunda rəqabət daha da artıb.

 

Yayılan söz-söhbətə görə, "Barselona" rəhbərliyi onun gedişinə qarşı deyil.