PSJ "Barselona"nın müdafiəçisi Erik Qarsiyanı transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Paris klubu transferi 2027-ci ilin yayında tamamlamağı planlaşdırır. Fransızlar futbolçuya görə katalonlara 70 milyon avro təklif etməyə hazırdır.
Erik Qarsiya, Luis Enrikenin PSJ-nin heyətini gücləndirmək üçün seçdiyi əsas namizəddir. Baş məşqçi oyunçunun çoxfunksiyalılığını yüksək qiymətləndirir. O, mərkəz müdafiəçisi kimi çıxış etməklə yanaşı, sağ cinahda da oynamaq bacarığına malikdir.
Qeyd edək ki, Qarsiya bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb.