Minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq. Sport24.az xəbər verir ki, yığmamız yarımfinalda Rumıniya millisi ilə qarşılaşıb.
Görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandamız üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək. Macarıstan millisi yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.