AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

11.10.2026-cı il tarixində II Liqada VII turun "Ağstafa Gəncləri"– "Qaradağ Lökbatan" oyununda "Ağstafa Gəncləri" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Ağstafa Gəncləri" komandası 70 manat cərimə edilsin (maddə 43.1)

 

11.10.2026-cı il tarixində II Liqada VII turun "Ağstafa Gəncləri"– "Qaradağ Lökbatan" oyununun 60-cı dəqiqəsində "Ağstafa Gəncləri" komandasının 7 nömrəli futbolçusu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Ağstafa Gəncləri" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

12.10.2026-cı il tarixində II Liqada VII turun "Difai"– "Şəki" oyununda "Şəki" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şəki" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

12.10.2026-cı il tarixində II Liqada VII turun "Difai"– "Şəki" oyununda "Şəki" komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Şəki" komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

 

12.10.2026-cı il tarixində II Liqada VII turun "Zəngəzur" – "Şirvan" oyununda "Şirvan" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şirvan" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Şəmkir" – "Hypers" oyununda "Şəmkir" komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Şəmkir" komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Şəmkir" – "Hypers" oyununun 74-cü dəqiqəsində "Hypers" komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Hypers" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Şəmkir" – "Hypers" oyununun 61-ci dəqiqəsində "Hypers" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Hypers" komandası 300 manat cərimə edilsin (maddə 86.3);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Dinamo" – "Kür-Araz" oyununda "Dinamo" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Dinamo" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Dinamo" – "Kür-Araz" oyununda "Kür-Araz" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilsin (maddə 43.1)

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Marafon" – "Ağdaş" oyununda "Ağdaş" komandasının həkimi olmadığına görə "Ağdaş" komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

 

13.10.2026-cı il tarixində II Liqada VII turun "Marafon" – "Ağdaş" oyununda "Ağdaş" komandasının ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə "Ağdaş" komandası 100 manat cərimə edilsin (maddə 47.3).