"Beşiktaş"ın baş məşqçisi Vinçenso İtaliano Avropa Liqasında "Hoffenhaym"a qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Turnirlə bağlı böyük hədəflərimiz var. İlk "8-lik"də olmasaq da, 24 komanda arasına düşəcəyik. Buna söz verirəm. Əminəm ki, Avropa Liqasında yaxşı işlər görəcəyik".
Qeyd edək ki, "Beşiktaş" 2 turdan sonra 6 xalla 4-cü sıradadır.