"Şamaxı" Misli Premyer Liqasının VIII turunda doğma meydanda "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq:
- Çox maraqlı oyun oldu. Bu qələbəni Qaxdan gələrkən yol qəzasında həyatını itirən gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. Bizim akademiyanın futbolçusu idi. Allah rəhmət eləsin. Bütün azarkeşlərimizi təbrik edirəm, "Şəfa"ya uğurlar arzulayıram.
- "Şamaxı" 7 oyundur ki, uduzmur. Bu uğurlu seriyanın sirri nədir?
- Hər işdə xeyir var. Qismətimizdə bu seriya var idi. Uşaqlar meydanda əziyyət çəkirlər. Həmişə onlara deyirəm ki, Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək. Mehriban, döyüşkən kollektiv yaratmışıq.