"Bavariya"nın idman direktoru Maks Eberl bildirib ki, klub qış "transfer pəncərəsi" dövründə heç bir oyunçu ilə müqavilə bağlamağı planlaşdırmır. Sport24.az xəbər verir ki, o, bu barədə "Sky"a müsahibəsində bildirib.
"Heyətimizdən, oyunçularımızdan tam razıyıq. Yanvarda hər hansı bir addım atmağımız üçün heç bir səbəb görmürəm. Hazırda formasının zirvəsində olan oyunçularımız var. Eləcə də hələ zirvəyə çatmamış digər futbolçularımız mövcuddur".
Qeyd edək ki, "Bavariya" beş turdan sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Çempionlar Liqasında isə Münhen təmsilçisi iki oyundan sonra 4 xalla 10-cu yerdədir.