Madrid "Atletiko"su hücumçu Conatan Devidi "Yuventus"dan daimi əsaslarla transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

 

İpaniya klubu oyunçu üçün 25 milyon avro ödəməyə hazırlaşır. Bu məbləğ artıq büdcədə nəzərə alınıb.

 

Devid yay "transfer pəncərəsi"nin sonlarına yaxın, satınalma seçimi də daxil olmaqla, icarə əsasında "Atletiko"ya keçib. 

 

Qeyd edək ki, hücumçu cari mövsümdə "Atletiko"nun heyətində bütün turnirlərdə 6 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.