Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib. Sport24.az xəbər verir ki, ölkəmiz yarışda 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq.

 

Ümumilikdə 23 nəfərlik heyətdə 13 idmançı ilə yanaşı, 8 məşqçi, 1 missiya rəhbəri və 1 həkim də yer alacaq.

 

Rəsmi açılış mərasimi oktyabrın 31-də, bağlanış tədbiri isə noyabrın 13-də keçiriləcək.

 

Çimərlik güləşi: Günel Kərimli (55 kiloqram), Tunar Quliyev (70 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (90 kiloqram);

Üzgüçülük: Süleyman İsmayılzadə, Məryəm Cavadova;

Taekvondo: Zəhra İsayeva (44 kiloqram), Adil Kazımlı (73 kiloqram);

Boks: Gülər Hüseynova (51 kiloqram);

Qılıncoynatma: Abbas Hüseynov;

Şosse velosipedi: Nihad Xudoyev;

Cüdo: İbrahim Talıbov (55 kiloqram);

Yüngül atletika: Daniil Şuvayev.