"Sumqayıt" heyətinə yeni futbolçu qatıb. Bu barədə Sport24.az klubdan məlumat verilib.

 

"Gənclik şəhəri" təmsilçisi Rüfət Əhmədov ilə anlaşıb.

 

O, hazırda "Araz-Naxçıvan"la oyunun iştirak ərizəsinə daxil edilib.


Qeyd edək ki, Rüfət Əhmədov müqavilə ilə "Turan Tovuz"a məxsus olsa da, son olaraq "Qəbələ"də çıxış edib.