Misli Premyer Liqasının VIII turunun "Sumqayıt" – "Araz-Naxçıvan" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– İlk hissədə yaxşı oynadıq və qol vurduq. Sonradan özünəinamımızı itirdik. Belə qollar buraxmaq olmaz.

 

– Matçdan sonra klubun rəhbəri paltardəyişmə otağına gəldi. Hansı iradları bildirdi?


– Bu, komanda daxili mövzudur.

 

– Fasilədə nə baş verdi ki, ikinci hissədə yaxşı oynaya bilmədiniz?


– Futbolçular hesabı qorumağa çalışdılar, amma öz səhvləri ilə rəqibə qol imkanları yaratdılar.

 

– Bir aya yaxındır, buradasınız. Komandanın potensialı var, yoxsa olanı budur?


– Hər bir halda, mübarizəmizi davam etdirməliyik.

 

– "Araz-Naxçıvan" hər zaman maksimumu tələb edir. İşinizi tez itirməkdən narahat deyilsiniz?


– İşimizə davam edəcəyik. Nə olacağını bilmirəm, görəcəyik.