Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveiro bildirib ki, qardaşı yığmaya heç vaxt qayıtmaya bilər. Sport24.az xəbər verir ki, o, bu barədə "The Touchline" nəşrinə açıqlama verib.

 

"Ronaldo milliyə qayıdacaqmı? Qayıtmaması ehtimal olunandır. Düşünürəm ki, hər iki tərəf incikdir. Vəziyyət dalana dirənib. Xəyanətə uğrayanda əvvəlki normal vəziyyətə qayıtmaq çox çətindir", – deyə Aveironun sözlərini  sitat gətirir.

 

Qeyd edək ki, yığmanın baş məşqçisi ilə problem yaşayan Kriştiano bir müddət əvvəl milli karyerasını başa vurduğunu bildirib.