"Dnepr", "Dinamo" və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Roman Maksimyuk Rusiyaya qarşı döyüşlərdə həlak olub. Sport24.az xəbər verir ki, bu barədə "Bombardir" portalı məlumat yayıb.
Roman 2025-ci ilin əvvəlində Donetsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdü. Uzun müddət idi ki, veteran futbolçunun taleyi ilə bağlı heç bir rəsmi məlumat yox idi. Nəhayət, DNT analizi vasitəsilə onun cəbhədə öldüyü təsdiqlənib.
Qeyd edək ki, Maksimyuk 1998–2002-ci illərdə Ukrayna millisinin heyətində 5 oyuna çıxıb. Klub səviyyəsində o, "Dinamo", "Dnepr", "Volın" və digər Ukrayna komandalarında çıxış edib. Daha sonra o, "Ternopil" klubunda başməşqçi kimi çalışıb, həmçinin müxtəlif klublarda məşqçilər heyətində yer alıb.