"Bavariya"nın heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Bundesliqa nəhənginin qapıçısı Manuel Noyer sıradan çıxıb.

 

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

 

Almaniyalı qolkiper ayağında olan zədəyə görə ölkə çempionatının 6-cı turunun "Leyptsiq"lə matçında iştirak etməyəcək. Qarşılaşma bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

 

40 yaşlı "əlcək sahibi" UEFA Çempionlar Liqasının oktyabrın 21-də "Arsenal"la oyununa qədər hazır olacaq.

 

Qeyd edək ki, Manuel Noyer cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 6 oyunda 4 qol buraxıb. O, 3 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.