"Sumqayıt" Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra meydan sahiblərinin futbolçusu Tiaqo Almeyda Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.


- "Araz-Naxçıvan"la oyun haqda fikirləriniz necədir?

 

- Fikrimcə, komandamız oyuna bir qədər uğursuz başladı və "Araz-Naxçıvan"ın necə oynadığını anlamağımız bir qədər vaxt apardı. Rəqibin yarımmüdafiəçiləri mərkəzdə çox boşluq tapırdı.

 

- İkinci hissədə nəyi dəyişə bildiz?

 

- Rəqibin yaratdığı boşluqlardan maksimum istifadə edə bildik.

 

- Komandanız artıq 4 oyundur məğlub olmur. Bu uğurlu seriyanın davamını gətirmək mümkün olacaq?

 

- Komandamız hazırda yaxşı formadadır. Düşünürəm ki, indiyə qədər olduğu kimi çalışmağa davam etsək, bu uğurlu seriyanı davam etdirə bilərik.

 


- "Sumqayıt"ın bu mövsüm üçün hədəfi nədir?

- Komandanın hədəfi hər oyuna ayrı-ayrılıqda yanaşmaq, getdikcə daha yaxşı oynamaq və turnir cədvəlində mövqeyimizi yüksəltməkdir. Məqsədimiz cədvəldə daha yuxarı pillələrə qalxmaqdır.