"Santos"un hücumçusu Neymar, "Barselona"nın cinah oyunçusu Lamin Yamalı dünyanın ən yaxşı futbolçusu hesab edir. Sport24.az xəbər verir ki, braziliyalı ulduz oyunçu bu barədə sosial media hesabında paylaşım edib:
"Lamin Yamal dünyanın ən yaxşı oyunçusudur".
Braziliyalı futbolçu sosial şəbəkədə "Sofascore"dan bir paylaşım edib. Orda ispan oyunçunun 2026/27 mövsümünə olan startı ilə Neymarın PSJ-də çıxış etdiyi 2017/18 mövsümündəki performansı müqayisə olunub.
Qeyd edək ki, "Sofascore"un məlumatına görə, Lamin Yamalın mövsümün ilk 10 oyunundakı orta reytinqi 8,61 olub.