"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi 2026-cı il "Asturiya Şahzadəsi" İdman Mükafatını almaq üçün gələn həftə müvəqqəti olaraq klubu tərk edərək İspaniyaya yola düşəcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Mükafat futbolçuya iyun ayında təqdim olunmuşdu. Münsiflər heyəti Messinin görkəmli idman karyerasını, eləcə də çətin həyat şəraitində yaşayan uşaqların təhsil və səhiyyə xidmətlərinə yönəlmiş xeyriyyə fəaliyyətini yüksək qiymətləndirib.

 

Mükafatlandırma mərasimi oktyabrın 22-də Oviedo şəhərində keçiriləcək.

 

Qeyd edək ki, "Asturiya Şahzadəsi" Mükafatı ədəbiyyat, sosial elmlər, elmi-texniki tədqiqatlar, beynəlxalq əməkdaşlıq və idman kimi sahələrdə mühüm nailiyyətlər əldə etmiş şəxslərə və təşkilatlara təqdim olunur.