Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerası ilə bağlı yeni qərar verib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
25 yaşlı cinah oyunçusu "Bursaspor"dan ayrılmaq istəyir. Buna səbəb baş məşqçi Mustafa Er tərəfindən ona kifayət qədər şans verilməməsidir.
"Bursaspor"un səfərdə "Muğlaspor"u 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada ehtiyatda qalması Bayramovun səbrini daşırıb. Milli üzvü bundan əvvəl "Mardin 1969"a 1:2 hesabı ilə uduzduqları oyunda da ehtiyatda saxlanılıb.
Bayramov artıq agentlərini məlumatlandırıb və qış "transfer pəncərəsi"ndə yeni kluba keçmək istədiyini bildirib.
Azərbaycanlı futbolçu yalnız baş məşqçi Mustafa Erlə yollar ayrılacağı təqdirdə "Bursaspor"da qalmağa hazır olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Toral Bayramov yayda "Qarabağ"dan "Bursaspor"a keçib. O, Türkiyə I Liqasında cari mövsümdə 7 oyunda cəmi 237 dəqiqə meydanda olub.