"Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb.


Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. 

 

Qeyd edək ki, 32 yaşlı təcrübəli futbolçunun son klubu "Kəpəz" olub. İsayev daha öncə "Neftçi", "Keşlə" (indiki "Şamaxı"), "Sabah", "Səbail", "Qəbələ" və "Zirə" kimi komandalarda çıxış edib.