Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan "Böyük Dəbilqə" turnirində qızıl medala layiq görülüb. Sport24.az xəbər verir ki, 60 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz həlledici final görüşündə tacikistanlı Loiq Kudbudinovla üz-üzə gəlib.

 

Rəqibini möhtəşəm ippon fəndi ilə məğlub edən idmançımız turnirin qalibi adını qazanıb.

 

Bu qələbə Azərbaycan yığmasının Əbu-Dabidəki ikinci çempionluğudur. Xatırladaq ki, daha əvvəl qadınların mübarizəsində 48 kq çəkidə çıxış edən Könül Əliyeva finalda Türkiyə təmsilçisi Merve Azaka qalib gələrək qızıl medala sahib çıxmışdı.

 

Qeyd edək ki, oktyabrın 31-dək davam edəcək "Böyük Dəbilqə" yarışında Azərbaycan ümumilikdə 12 cüdoçu ilə təmsil olunur.