Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Sport24.az xəbər verir ki, A Divizionunun həlledici görüşündə İspaniya və Çexiya komandaları üz-üzə gələcək.
Bakı Kristal Zalında baş tutacaq oyunun start fiti saat 18:00-da start səslənəcək.
B, C, D, E və F Divizionlarının da qalibinın adına bu gün aydınlıq gələcək. Final matçlarının hamısı Bakı Kristal Zalında təşkil ediləcək.
Qeyd edək ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
A Divizionu
Final
18:00. Çexiya - İspaniya
B Divizionu
Final
15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
13:30. Tunis - Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)