Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutan "Ateltiko" - "Mançester "Yunayted" matçından sonra İngiltərə klubunun düşərgəsində xoşagəlməz olay yaşanıb. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Mançester təmsilçisi evə qayıdarkən müdafiəçi Lisandro Martines ilə yarımmüdafiəçi Yuri Tilemans təyyarədə dalaşıblar. Münaqişənin necə həll olunduğu hələlik məlum deyil.

 

Qeyd edək ki, İngiltərə klubu həmin matçda 0:2 hesabı ilə məğlub olub və "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik hazırda istefaya göndərilmək ərəfəsindədir.