"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, Mustafa Sek "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun gələcək planlarına daxil deyil.
Seneqallı cinah müdafiəçisi ilə qış "transfer pəncərəsi"ndə yolların ayrılması gözlənilir. Mövsümün sonunadək müqaviləsi olan futbolçu qışda getməyə razılaşmasa, yayda komandanı tərk edəcək.
Qeyd edək ki, Mustafa Sek 2024-cü ildən "Neftçi"də çıxış edir. O, 2024/2025 mövsümündə Premyer Liqada 27, 2025/2026 mövsümündə isə 30 matçda meydana çıxıb. Seneqallı müdafiəçi cari çempionatın 12 turunda cəmi 2 oyunda iştirak edib və ümumilikdə 20 dəqiqə meydanda olub.