"Bavariya"nın qapıçısı manuel Noyerin karyerasını başa vuracağı tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Noyer cari mövsümün sonunadək Münhen klubunun formasını geyinəcək. yayda isə 40 yaşlı qapıçı əlcəklərini mismardan asmağı düşünür. futbolçu cari mövsümü başa vurmağı planlaşdırır. Onun "bavariya" ilə müqaviləsi də məhz gələn yay başa çatır.

 

Qeyd edək ki, Noyer 2011-ci ildən Münhen təmsilçisinin şərəfini qoruyur.