"Real"ın futbolçusu Karlos Espi açıqlama verib. Sport24.az xəbər verir ki, İspaniya mətbuatına danışan hücumçu "kral klubu"na keçidindən söz açıb:
"Levante"də çıxış edən zaman İngiltərə klublarının marağı var idi. Premyer Liqadan bir neçə komandadan təklif almışdım, gözləyirdim. Sonrasında "Real"dan zəng gəldi və artıq "yox" deyə bilməzdim. İndi bu klubdayam və hər şeyimi verməyə hazıram".
Qeyd edək ki, Espi ötən yay transfer dönəmində "Levante"dən "Real"a keçib. O, komandada 7 oyunda 2 qol vurub.