"Beşiktaş" daha bir futbolçunu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi PAOK-un kapitanı Andriya Jivkoviçlə maraqlanır.
Türklər serbiyalı futbolçunun keçidini mövsümün sonunda reallaşdırmaq niyyətindədir. Jivkoviçin PAOK-la müqaviləsi də mövsümün sonunda başa çatacaq.
Saloniki təmsilçisi ona yeni müqavilə təklif etsə də, futbolçu yekun qərarını verməyib.
Qeyd edək ki, "Partizan"ın yetirməsi olan Andriya 2020-ci ildə "Benfika"dan PAOK-a keçib.