Dünyada illlik ən çox məvacib alan italiyalı futbolçu müəyyənləşib. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma maaş baxımından sıralamada birinci yerdədir.

 

Onun illik maaşı 16,7 milyon avro təşkil edir.

 

Dünya futbolunda illik gəliri 10 milyon avrodan çox olan cəmi dörd italiyalı futbolçu var. Donnarumma ilə yanaşı, bu qrupa Sandro Tonali ("Tottenhem"də 12,2 milyon avro), həmçinin "İnter" oyunçuları Nikolo Barella (12 milyon) və Alessandro Bastoni (10,2 milyon) daxildir.

 

Qeyd edək ki, Donnarumma bu mövsüm "Mançester Siti"nin heyətində 15 oyuna çıxıb, 23 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.