UEFA Millətlər Liqasında bu gün səfərdə Lixtenşteyn yığması ilə üz-üzə gələcək Azərbaycan millisinin "23-lüy"ü müəyyənləşib. Sport24.az-ın məlumatına görə, baş məşqçi Ayxan Abbasov matçda dörd futbolçuya ehtiyac görməyib.

Mütəxəssis bugünkü qarşılaşmada Fərid Yusifli ("Şəfa"), Namik Ələskərov ("Kəpəz"), Murad Məmmədov ("Pafos"), Nihad Əhmədzadəyə ("Sumqayıt") şans verməyəcək.

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.