"Qarabağ"ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə Latviya ilə qarşılaşıb.

 

Matç monteneqronun qələbəsiylə başa çatıb – 2:1.

 

Yankoviç oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb. O, birinci qolun məhsuldar ötürməsini edib.

 

Monteneqro qrupda 13 xalla birinci sıradadır.