Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-Pri turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış 24–25 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq.

 

Turnirdə 17 cüdoçu (10 oğlan, 7 qız) ilə qüvvəsini sınayacaq.

 

İdmançılarımız tatamiyə gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

 

Gənclər arasında Qran-Pri turnirində 19 ölkədən 234 cüdoçu (147 oğlan, 87 qız) mübarizə aparacaq.

 

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq
Anar Quliyev
Məhəmməd Rüstəmli

-66 kq
Əhməd Rüstəmov

-73 kq
Səlim Sultanov
Özqan Quliyev

-81 kq
Məhəmməd Ağakişiyev

-90 kq
Əli Qazıməmmədov

-100 kq
Davud Namazlı
Canpolad Əliyev

+100 kq
Ramazan Əhmədov

Qızlar

-48 kq
Nərgiz Əhmədova

-52 kq
Aysun Məmmədova
Nuranə Hacızadə

-57 kq
Xədicə Qədəşova
Vüsalə Hacıyeva

-63 kq
Hanna Zaytseva
Nilgün Rzayeva