Misli Premyer Liqasının 11-ci turunun ilk oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" doğma azarkeşləri qarşısında "Kəpəz"lə üz-üzə gəlir.

 

Meydan sahibləri hazırda turnir cədvəlinin zirvəsində qərarlaşıb. Qonaqları isə I dövrənin sürpriz komandası adlandırmaq olar. Çoxları mövsümün əvvəlində "Kəpəz"dən belə uğur gözləmirdi. Azər Məmmədovun yetirmələri 10 turdan sonra 17 xalla 5-ci yerdə qərarlaşıb. Heç şübhəsiz ki, bugünkü oyunun favoriti "Neftçi"dir. Ancaq Gəncə təmsilçisi də sensasiyaya imza ataraq paytaxtdan xal və ya xallarla geri dönə bilər.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, XI tur

 

20:00. "Neftçi" - "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR: Əli Əliyev 
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. "Palms Sports Arena".