"Qalatasaray" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislyak üçün 25 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Kağan Dursun "X" sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Rusiya klubu isə bu transfer qarşılığında 35 milyon avro və 5 milyon avro məbləğində bonus tələb edir.

 

"Qalatasaray"ın prezidenti Dursun Özbek transfer üçün maliyyə limiti müəyyən edib. Bu məbləğ klubun daha əvvəl Aleksey Batrakov üçün xərcləməyə hazır olduğu rəqəmlə eynidir.

 

ÇSKA-nın tələb etdiyi yüksək qiymət səbəbindən Türkiyə klubu hələlik transferlə bağlı konkret addım atmayıb. Lakin Moskva təmsilçisi tələblərini azaltmağa razılaşarsa, "Qalatasaray" ciddi danışıqlara başlamağa hazırdır. Bildirilir ki, Kislyakın özü də İstanbul klubuna keçməyə müsbət yanaşır.

 

Qeyd edək ki, Kislyak bu mövsüm ÇSKA-nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.