İspaniyalı Karlos Visens "Lion"un yeni baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

O, bu həftə "Sportinq"in "sükanı arxasına" keçən Paulo Fonsekanı əvəzləyəcək.

 

Tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gəliblər və təyinatla bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

 

43 yaşlı ispan mütəxəssis oktyabrda yaydan bəri rəhbərlik etdiyi "Braqa"dan ayrılıb. Bundan əvvəl isə o, dörd il "Mançester Siti"də Qvardiolanın köməkçisi olub. 

 

Qeyd edək ki, "Lion" 9 turdan sonra 17 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.