Misli Premyer Liqasının XI turunda bu gün "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək. Sport24.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Tərəflər indiyədək Premyer Liqada 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də "Qarabağ", 2-də isə "Turan Tovuz" qələbə qazanıb. Daha 2 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam təmsilçisinin aşkar üstünlüyü var – 33:15.

Maraqlı məqam ondan ibarətdir ki, Tovuz klubu çempionatda "Qarabağ"a qarşı keçirdiyi son 4 oyunun hamısında məğlub olub. "Turan Tovuz"un sonuncu qələbəsi isə 2025-ci ilin yanvarına təsadüf edir.

Qeyd edək ki, bir oyun az keçirən "Qarabağ" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 18 xalı olan "Turan Tovuz" isə 4-cüdür.