"İmişli"nin yeni transferi Faxardo Hernandesin Azərbaycan klubunda rəsmi debüt etməməsinin səbəbi müəyyənləşib. Sport24.az-a bu barədə Aran təmsilçisindən məlumat verilib.
Klub cari mövsüm 19 yaşlı gənc yarımmüdafiəçini Peşəkar Futbol Liqasına sifariş etməmək qərarına gəlib.
"İmişli" kollektivlə məşqlərdə iştirak edən kolumbiyalıdan növbəti mövsüm yararlanmağı planlaşdırır.
Qeyd edək ki, Faxardo Hernandeslə fevralın 25-də 2,5+1 illik müqavilə imzalanıb.