Bu gün keçiriləcək 7 oyunla UEFA Avropa Liqasında 1/4 finala yüksələcək bütün komandaların adlarına aydınlıq gələcək.
Əliyar Ağayevin baş hakim olacağı oyunda "Midtyullann" öz meydanında "Nottinqem Forest"i qəbul edəcək. İtaliyada "Roma" və "Bolonya" komandaları qarşılaşacaq.
Qeyd edək ki, ötən gün baş tutan matçda Portuqaliya "Braqa"sı Macarıstan təmsilçisi "Ferentsvaroş"u iki oyunun nəticəsinə (0:2, 4:0) görə üstələyərək 1/4 finala yüksəlib.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
19 mart
21:45. "Frayburq" (Almaniya) – "Genk" (Belçika)
İlk oyun – 0:1
21:45. "Lion" (Fransa) – "Selta" (İspaniya)
İlk oyun – 1:1
21:45. "Midtyullann" (Danimarka) – "Nottinqem Forest" (İngiltərə)
İlk oyun – 1:0
00:00. "Betis" (İspaniya) – "Panatinaikos" (Yunanıstan)
İlk oyun – 0:1
00:00. "Portu" (Portuqaliya) – "Ştutqart" (Almaniya)
İlk oyun – 2:1
00:00. "Roma" (İtaliya) – "Bolonya" (İtaliya)
İlk oyun – 1:1
00:00. "Aston Villa" (İngiltərə) – "Lill" (Fransa)
İlk oyun – 1:0