"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl"ın qapısına yol tapmaqla (7:2) adını turnirin tarixinə yazdırıb. Sport24.az xəbər verir ki, bununla da polşalı forvard mötəbər turnirdə 41-ci komandanı məyus etməklə yeni rekord müəyyənləşdirib. 

 

 Əvvəlki rekordçu 40 komandaya qol vurmuş Lionel Messi idi.

 

Qeyd edək ki, polşalı futbolçu ümumilikdə Çempionlar Liqasında 142 oyun keçirib və 109 qol vurub.