"Mançester Yunayted"in hücumçusu Çoşua Zirkze yenidən "Yuventus"un transfer siyahısına daxil edilib. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı hücumçu artıq yay "transfer pəncərəsi"ndə klubunu dəyişməyə razıdır. "Mançester Yunayted"də gözləntiləri doğrulda bilməyən 2001-ci il təvəllüdlü futbolçu son aylarda ardıcıl olaraq ehtiyat oyunçular skamyasında qalıb.

Qeyd edək ki, Zirkzee 2024-cü ildə "Milan"ın təklifini rədd edərək "Mançester Yunayted"ə keçmişdi. Lakin İngiltərə karyerası gözlənildiyi kimi alınmayıb.