"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 9-cu turunda "Sevilya"ya qarşı keçirilən və Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatan ev oyununda iki qol vurub. Sport24.az xəbər verir ki, bununla da fransalı futbolçu cari mövsümdə İspaniya çempionatındakı qollarının sayını doqquza çatdırıb. Və turnirin bombardirlər siyahısında ikinci pilləyə yüksəlib.
"Real"ın hücumçusu bu mövsüm səkkiz qol vuran və hazırda bombardirlər yarışında üçüncü yerdə qərarlaşan "Barselona"nın vingeri Lamin Yamalı geridə qoyub.
Siyahıya hələ də "Barselona"nın digər oyunçusu Rafinya başçılıq edir. Braziliyalı hücumçu La Liqanın doqquz turunda 12 qol vurub və hazırda Mbappedən üç qol öndədir.