"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.

 

Matça bilet satışı "iticket.az" vasitəsilə həyata keçirilir.

 

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

 

Qeyd edək ki, "Sabah" sabah üçüncü tur çərçivəsində "Borussiya"nı (Dortmund) qəbul edəcək.