Cari mövsüm hələ başa çatmasa da, "Sumqayıt" indidən növbəti "futbol ili"nin konturlarını cızır. Sport24.az-a daxil olan məlumata görə, "kimyaçılar" artıq bir legionerə yeni müqavilə təklif edib.
Əldə etdiyimiz bilgiyə əsasən, "gənclik şəhəri"nin təmsilçisi 2026/27 mövsümündə də Ronaldo Vaskezin xidmətində maraqlıdır. Ancaq hələ ki, dominikanlı legioner rəhbərliyin yeni təklifinə cavab verməyib. Yarımmüdafiəçi rəsmilərdən düşünmək üçün vaxt istəyib.
Qeyd edək ki, Dominikan millisində keçirdiyi 45 oyunda 7 qolla yadda qalan 26 yaşlı futbolçu cari mövsümdə "Sumqayıt"ın heyətində 19 matçda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.