"Santos" baş məşqçi Xuan Pablo Voyvoda ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, onunla yanaşı, məşqçilər korpusu da istefaya göndərilib.

 

Qeyd edək ki, Voyvoda "Santos"a 2025-ci ilin avqustundan rəhbərlik edirdi. Onun müqaviləsi 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə idi. neymarın da formasını geyindiyi komanda Braziliya Çempionatında 7 oyundan sonra 6 xalla 16-cı yerdədir.