AFFA İntizam Komitəsi rəqibi vuran və hakimi təhqir edən futbolçuları cəzalandırıb. Sport24.az xəbər verir ki, Həvəskarlar Liqasında II turun "Sparta" və "Gənclər" komandaları arasında baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Fikrət Həsənov rəqibi vurduğu üçün 4 oyunluq cəzalandırılıb.

 

Eyni liqada çıxış edən "Dirçəliş"in futbolçusu Oruc Məmmədov da 4 oyunluq diskvalifikasiya edilib. Buna onun "City Baku" ilə matçda təcavüzkar davranışı (rəqibi əl ilə vurmaq) səbəb olub. 

 

AFFA Gənclər Liqasında keçirilən "Səbail" - İCBFA matçında birincilərin futbolçusu Amir Qəribov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb.