Azərbaycan çempionatının Əvəzedicilər liqasında xoşagəlməz hadisə baş verib. Sport24.az xəbər verir ki, bu, XXXIII turun "Kəpəz-2" – "Sumqayıt-2" matçında yaşanıb.

 

"Sumqayıt-2"ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir edib. İntizam Komitəsi birbaşa qırmızı vərəqə alan inzibatçı ilə bağlı qərar verib.

 

Klub rəsmisi 5 oyun cəzalanıb. "Sumqayıt-2" 400 manat cərimə edilib.

 

Qeyd edək ki, çempionatın sonuna 3 tur qaldığı üçün Sumqayıt təmsilçisi mövsümü inzibatçısız bitirəcək.